Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxt Banqui şəhərində baş verib.
Məhbusların hansı şəraitdə həbsxanadan qaçdığı bilinmir.
Məlumata görə, həbsxanada hazırda müsəlman Seleka qrupu ilə xristian anti-Balaka üzvləri qalıblar.
Bu iki qruplaşma arasında 2012-ci ilin dekabr ayından etibarən gərginlik hökm sürür. Həmin vaxt müsəlmanlar xristian prezident François Boziziyə qarşı inqilab etmişdi.
2013-cü ilin mart ayında Bozizinin devrilməsindən sonra müsəlman Mişel Djotodia prezident seçilmiş və bu iki qrup arasında silahlı atışmalar baş vermişdi. Hadisələr nəticəsində minlərlə insan ölmüş, 1 milyona yaxın insan evlərindən didərgin düşmüşdü.
Nəhayət, bu ilin may ayında Banquidə iki qrup liderləri arasında silahsızlanma razılaşması əldə edilib.