Qadın voleybolçularımız Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib
28 sentyabr, 2015 13:45
Azərbaycan millisinin yer aldığı qrupun oyunları Belçikanın Antverpen şəhərində keçirilir.
Turnirdə milli komandamız ilk görüşünü Türkiyə voleybolçularına qarşı keçirib. Antpervendəki "Lotto Arena"da keçirilən oyun Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş məşqçi Faiq Qarayevin yetirmələri növbəti oyununu Belçika yığmasına qarşı keçirəcək.