Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatdı
28 sentyabr, 2015 13:42
Onun sözlərinə görə, artıq zəvvarlar ziyarətin sonuncu əməli olan şeytana daş atma əməlini başa vurublar və indi vida təvafı ilə məşğuldurlar.
Zəvvarların şeytana daş atma əməlini sağ-salamat başa vurduqlarını deyən QMİ rəsmisi bildirib ki, sabahdan etibarən onların Ciddə şəhərindən Vətənə dönüşü başlayacaq:
“Hər gün uçuşlar olmaq şərti ilə oktyabrın 1-i Ciddədən azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarə uçacaq”.
Qeyd edək ki, bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkədə dünyasını dəyişib.