Sarkisyan ABŞ-a işgüzar səfərə gedir
28 sentyabr, 2015 13:41
Bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Sarkisyan BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 70-ci sessiyasında çıxış edəcək.
Onun ATƏT-in Minsk qrupu həmsədləri ilə görüşü, BMT-nin sülhməramlı fəaliyyətinə həsr edilmiş sammitində iştirakı nəzərdə tutulub.
Sarkisyanın Vaşinqtonda da bir sıra görüşləri planlaşdırılır.