İnşaat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 6,4 faiz artıb
28 sentyabr, 2015 13:40
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 665,2 manat təşkil edib.
İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 30,7 faiz, mülki təyinatlı inşaat işlərində isə 0,5 faiz artıb.