Xəbərlər

Əfqanıstan gələcəkdə Bakı-Tbilisi-Qars layihəsinin imkanlarından istifadə edə biləcək
28 sentyabr, 2015 13:39
XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd edilib.
 
Nazir E.Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini, regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırıb.
 
Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir, bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini, gələcək perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.
 
S.Rəbbani ölkəsinin  Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməl qoyma mərasimin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barəsində məlumat verərək, davamlı regional inkişaf baxımdan nəqliyyat infrastrukturlarının əhəmiyyətini vurğulayıb.
 
E.Məmmədyarov bir-birini tamamlayan və regional nəqliyyat qovşağının yaranmasına xidmət edən bu layihələrin həyata keçirilməsi ilə əlaqədar sərhəd tənzimlənməsi, təhlükəsizliyin təminatı, yolların tikintisi və s. bu kimi məsələlərin müzakirəsinin mühüm olduğunu qeyd edərək, bu məqsədlə region dövlətlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsinin zəruri olduğunu deyib.
 
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.