ABŞ FİFA-nın Trinidad və Tabaqodan olan keçmiş vitse-prezidentini ekstradisiya etmək istəyir
22 sentyabr, 2015 14:36
72 yaşlı C.Uorner ABŞ-ın FİFA daxilində korrupsiyada ittiham etdiyi şəxslərdən biridir.
Qeyd edək ki, ali futbol qurumu daxilində korrupsiya məsələsində ümumilikdə 14 nəfər ittiham olunur. Söhbət 20 il ərzində 150 milyon dollarlıq korrupsiyadan gedir.
C.Uornerdən başqa 9 nəfər – altısı İsveçrədən, ikisi Argentinadan və bir nəfər Uruqvaydan olmaqla ABŞ-a ekstradisiya edilməmək üçün cəhdlər edirlər.