Məktəb direktorlarına Abu Dabi Paris Sorbon Universitetinin sertifikatlar təqdim olunub
22 sentyabr, 2015 14:35
Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Paskal Monye Azərbaycan və Fransa arasında digər sahələrdə olduğu kimi, təhsil, elm sahələrində də əməkdaşlığın qurulduğunu bildirib. O deyib ki, Azərbaycanda təhsil islahatlarının həyata keçirlməsinə xüsusi önəm verilir və Bakıda fəaliyyət göstərdiyi üç il ərzində gənclərin oxumağa, öyrənməyə olan güclü istəklərini müşahidə edib.
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Paris Sorbon universiteti-Abu Dabi tərəfindən təşkil olunan “Məktəb idarəetməsi 2” təlim proqramının iştirakçıları olan müəllim heyətini təbrik edib. C.Bayramov bu təlimlərin növbəti illərdə də davam etdiriləcəyini vurğulayıb.
Paris Sorbon Univeristeti Abu Dabinin nümayəndəsi İmran Muxtarov isə vurğulayıb ki, “Məktəb idarəetməsi 2” təlimində birinci layihədən fərqli olaraq idarəetmənin əsas götürüldüyünü deyib. Onun sözlərinə görə, layihə çərçivəsində 160-dan çox interaktiv proqram icra edilib.
Sonda layihə iştirakçılarının sertifikatlar tədim olunub.