Xəbərlər

Bakıda dayanacaqları zəbt edən taksilərə qarşı mübarizə başladı
21 sentyabr, 2015 15:02

Məlumata görə, bununla əlaqədar olaraq, Nəqliyyat Nazirliyində iclas keçirilib və sərnişindaşıma sahəsində yol verilən qayda pozuntuları, bu nöqsanların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər planı iclasın əsas müzakirə mövzusu olub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev qeyd edib ki, artıq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, qayda pozan avtobus sürücüləri, ictimai nəqliyyatın hərəkətinə mane olan, avtobus dayanacaqlarının qarşısında avtomobilini park edən sürücülər yalnız cərimə ödəməklə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

“Təhlükəsiz hərəkət” aksiyası çərçivəsində davam etdirilən tədbirlərlə əlaqədar, “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC tərəfindən xüsusi avtomobil və operativ işçi qrup ayrılıb.

Bu gündən etibarən, paytaxtın bütün avtobus dayanacaqlarına hər gün nəzarət ediləcək, dayanacağın qarşısında park edilən avtomobillərin və ya qanunsuz taksi fəaliyyəti göstərən taksilərin fotoşəkilləri çəkilərək Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə, müvafiq şöbəyə təqdim olunacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu kimi halların qarşısının alınmasında “ictimai qınağ”ın olmasını və vətəndaşların da bu məsələdə dəstəyini vacib hesab edir.

Bununla əlaqədar olaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin www.niim.az saytında “ictimai qınaq” adlı bölmə yaradılacaq ki, vətəndaşlar rastlaşdıqları hər hansı qayda pozuntusu haqqında bu bölmədə yaza və həmin qayda pozuntusuna yol vermiş avtomobilin, avtobusun və ya taksinin (dövlət qeydiyyat nişanının görünməsi şərtilə) fotoşəklini yerləşdirə biləcəklər.

Vətəndaşların “ictimai qınağ”ına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək.

Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə Nəqliyyat Nazirliyi ilə yanaşı, vətəndaşların da dəstəyi qısa müddətdə müsbət nəticə verəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.