Xəbərlər

Los Ancelesdə 18 sentyabr ‘Üzeyir Hacıbəyli Günü” elan olunub
18 sentyabr, 2015 13:42
 Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə,  E.Qarsetti bütün şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb.
 
Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır.
 
Bəyannamə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub. Sənəddə, Ü.Hacıbəylinin milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs olunur. Qeyd olunur ki, Ü.Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb.
 
Eyni zamanda bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının 19 sentyabr 2015-ci il tarixində ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.
 
Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los Anceles şəhəri tərəfindən Ü.Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir.
 
Həmçinin, Kaliforniyanın artıq digər 5 şəhəri tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilərək,  18 sentyabr 2015-ci il tarixi həmin şəhərlərdə “Üzeyir Hacıbəyli Günü” elan olunub. Bu şəhərlər, San Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey şəhərləridir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.