Xəbərlər

Malena Mard: “Məqsədimiz Avropa İttifaqını müxtəlif ənənələr və mədəniyyət vasitəsilə tanıtmaqdır”
18 sentyabr, 2015 13:42
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqının üzv ölkələrinin səfirliklərinin təşkil etdikləri tədbirin məqsədi Bakı sakinlərini Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
 
 Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bununla bağlı bildirib ki, Avropa şəhərciyi Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Məqsəd Avropa İttifaqını müxtəlif ənənələr və mədəniyyət vasitəsilə tanıtmaqdır:
 
“Mən hər kəsi əyləncə dolu gündə bizə qoşulmağa dəvət edirəm. Ümid edirik ki, 19 sentyabr həm böyüklər, həm də uşaqlar üçün maraqlı və yaddaqalan olacaq. İnanırıq ki, sizdə Avropa şəhərciyindən başlamaqla Avropa ölkələri haqqında daha çox öyrənmək marağı oyadacağıq”.
 
Səhər saat 11:00-dan 20:00-dək davam edəcək təbdirin proqramına əyləncəli şoular, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir. “Avropa şəhərciyi 2015”in konsert hissəsinin əsas qonağı isə Şotlandiyanın Peatbog Faeries qrupudur.
 
Qeyd edək ki, bu tədbir Azərbaycanda artıq 3-cü ildir ki, təşkil olunur. Tədbirə arzu edən hər kəs qoşula bilər, giriş sərbəst olacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.