Xəzinə axtarırdılar, canlarından oldular
18 sentyabr, 2015 13:40
“Vatan” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsi Ürgüp qəsəbəsinə yaxın Mazı kəndində xəzinə axtarışına çıxan 3 dostun bu məqsədlə düşdükləri köhnə quyu onlara məzar oldu.
Məlumata görə, dostlardan biri quyuda çoxdan yığılıb qalmış metan qazından zəhərlənərək ölüb.
Digər iki nəfərdən biri isə quyudan çıxmağı bacararaq, polis və təcili yardım çağırıb.
Bundan sonra quyudakı dostlarını çıxarmaq üçün yenidən ora düşən şəxs bu dəfə xilasedicilərin sayəsində quyudan çıxa bilib.
Metan qazından zəhərlənən iki şəxs xəstəxanaya, orada həyatını itirən şəxsin meyidi isə morqa göndərilib.