Havanın çirklənməsi hər il 3 milyon insanın ölümünə səbəb olur
18 sentyabr, 2015 13:38
Tədqiqatçılar havanın 0,0025 millimetrdən kiçik, sərt hissəciklərlə çirklənməsinin daha təhlükəli olduğunu hesab edirlər. Onlar ağciyərlərin dərinliyinə nüfuz edərək müxtəlif xəstəliklər yaradır.
Tədqiqatların nəticəsinə əsasən, Asiyada havanın çirklənməsi əsasən məişət tullantılarının payına düşür: məsələn, evlərin isidilməsi və yemək hazırlanması üçün kömür və odun yandırılması, dizel yanacağından istifadə və sair.
ABŞ-ın əksər rayonlarında havanı əsasən nəqliyyat vasitələrindən və elektrik stansiyalarından atılan tullantılar çirkləndirir. Birləşmiş Ştatların şərqində, Avropada, Rusiyada və Şərqi Asiyada təhlükəli hissəciklər ən çox kənd təsərrüfatı sahəsində aparılan işlərlə əlaqədar atmosferə atılır.