Miqrantlar Yunanıstan sərhəddində aclıq aksiyasına başlayıblar
17 sentyabr, 2015 15:41
“Posta” qəzetinə istinadən xəbər verir ki, İstanbul başda olmaqla, Türkiyənin onlarla şəhərindən Avropa istiqamətinə hərəkət edən suriyalı qaçınlar Ədirnədə bir araya gələrək aclıq aksıyası təşkil ediblər.
Avropaya keçmək üçün hətta ölümü də gözlərinə aldıqlarını deyən miqrantlar sərhədlərin açılmasını və onların “köhnə dünya”ya buraxılmalarını tələb edirlər.
Aksiyaçıların adından açıqlama verən Əhməd Əl-Lətif bildirib ki, onlar Yunanıstana buraxılana qədər aclığı dayandırmayacaqlar.