Macar jurnalistin təpik atdığı suriyalı qaçqın İspaniyada futbol məşqçisi oldu
17 sentyabr, 2015 15:40
Görüntüləri İspaniyanın Madrid şəhərindəki Beynəlxalq Məşqçilər Yetiştirilməsi Birliyi (CENAFE) çadırda qalan Osama Abdul Mohsen adlı həmin qaçqınla görüşməyə gediblər. Görüşmə sonrasında Mohsenə iş verdiklərini bildiriblər.
CENAFE rəsmiləri Osama Abdul Mohsenin Suriyada müharibə başlamazdən öncə ölkənin futbol üzrə 1-ci liqasında klub çalışdırdığını öyrəndiklərini və buna görə də ona iş verdiklərini söyləyiblər. Məlumata görə, Mohsenə işdən əlavə yaşaması üçün ev də veriləcək. Mohsen gələn həftə Türkiyədə qaçqınlar üçün salınan çadırlarda yaşayan ailəsini də İspaniyaya aparacaq.