Xəbərlər

Musiqili Teatrın əməkdaşları: "Hələ də sevinc içindəyik..."
15 sentyabr, 2015 14:12

Hər üç sənətçi xəbərin onlar üçün gözlənilməz olduğunu bildirib.

“Xəbər o qədər gözlənilməz oldu ki... Hələ də sevinc içindəyəm. Sevincimdən nə deyəcəyimi bilmirəm. 35 ildir ki, səhnədəyəm. Bu, cənab Prezidentin mənim bir qərinədən də çox olan yaradıcılığıma verdiyi böyük bir qiymətdir. Mən ukraynalıyam, Ukraynada doğulmuşam, orda böyümüşəm. Amma uzun illərdir ki, həyatımı Musiqili Teatra bağlamışam. Məni “Azərbaycan Respublikasının Əməkdar artisti” adıyla təltif etdiyi üçün cənab İlham Əliyevə böyük sevgimi və təşəkkürümü bildirirəm”, - deyə Svetlana Bulax bildirib.

Baş xormeyster Vaiqf Məstanov da hələ də böyük bir sevinc içində olduğunu söyləyib. “Böyük bir coşqu içindəyəm. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Həyatımın 41 ilini sənətə həsr etmişəm. 25 ildir ki, Musiqili Teatrda çalışıram. Cənab Prezidentə məni belə yüksək bir fəxri ada layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Əslində, fəxri adların verilməsi təkcə sənətçilərin uzun illər sərf etdiyi əməyə verilən yüksək qiymət deyil, həm də onlara gələcək yaradıcılıqlarında böyük bir stimul verən hadisədir” - deyə, Vaiqf Məstanov bildirib.

“30 ildən çoxdur ki, səhnədəyəm. Düşünürəm ki, bu, mənim 30 illik fəaliyyətimə verilən yüksək bir qiymətdir. Cənab Prezidentə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz adımdan, ailəm adından təşəkkür edirəm. Mən Qarabağda döyüşmüşəm, veteranam. Tam səmimi deyirəm, əgər günü sabah səfərbəlik elan olunsa, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında bu yaşımda da torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşməyə hazıram. Bir daha cənab Prezidentə daima mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir, hər zaman onun yürütdüyü siyasəti dəstəkləyən sadiq bir əsgər olduğumu bildirirəm” - deyə, Əzizağa Əzizov fəxri ad almasıyla bağlı danışarkən söyləyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.