“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildirilib ki, məlum olduğu kimi, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.
Elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək.
Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşrutu üzrə hərəkət edəcək. Qatarlar Bakının sərnişin stansiyasından saat 5:10, 5:30, 6:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 6:40, 7:10, 7:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşəcək.
Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.
Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı