İlk dərs gününə olan hava proqnozu açıqlanıb
14 sentyabr, 2015 15:44
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gün.Az-a verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Sentyabrın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.
Sentyabrın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada rütubətliliyin çox olması narahatlıq yarada bilər.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı