Britaniya 50 min suriyalı qaçqına sığınacaq verir
14 sentyabr, 2015 15:43
Bu barədə Livanda suriyalı qaçqınların olduğu düşərgəni ziyarət etdikdən sonra baş nazir Devid Kemeron bu ölkənin NNA agentliyinə bildirib.
Baş nazir Livana qısamüddətli səfəri zamanı qaçqın düşərgəsində olub.
Qeyd edək ki, Livanda 1,5 milyon Suriyadan gələn qaçqın var, ölkə rəsmiləri dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edərək bu məsələdə kömək istəyiblər.