Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya enerji konfransı” keçiriləcək
14 sentyabr, 2015 15:42
Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, konfransın məqsədi Avropaya enerji təchizatı üzrə Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi mövqelərinin möhkəmləndirilməsi, həmçinin həyata keçiriləcək enerji və infrastruktur üzrə yeni layihələrdə Almaniyanın işgüzar dairələrinin iştirakı üçün potensial sahələrin müəyyən edilməsinə töhfə verilməsindən ibarətdir.
Azərbaycanın Energetika Nazirliyi ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinin təminatına yönəlmiş əməkdaşlığının inkişafı baxımından bu konfransın keçirilməsini yüksək qiymətləndirir. Nazirlik konfransın keçirilməsinə dəstəyini ifadə etməklə yanaşı hesab edir ki, enerji əməkdaşlığının dərinləşməsinə xidmət edən belə tədbirlər regional inkişaf və regional əməkdaşlığın inkişafı üçün də şərait yaradır.
Tədbirdə Almaniya, Türkiyə və Gürcüstanın yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı planlaşdırılır.