Ordumuzun zirehli texnikaları təlim bölgələrinə aparıldı
09 sentyabr, 2015 12:45
Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
Nazirlikdən bildirilib ki, “Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları toplanma rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə uyğun, müəyyən edilmiş normalara riayət edilməklə müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.