Xəbərlər

Qaçqınla terrorçunu ayıra bilməyən Avropa
09 sentyabr, 2015 12:42
Son zamanlar sosial mediada bir foto sürətlə yayılıb və fotoda guya özünü miqrant kimi göstərməyə çalışan keçmiş İslam Dövləti döyüşçüsü əks oluinub. Lakin əslində hər şey göründüyü kimi deyil.
 
Facebookda guya bir şəxsə aid olan, “əvvəl və sonra” formasında verilmiş yanaşı fotoları əks olunub. Birinci şəkildə hərbi geyimli, kamuflyaj şalvarlı, saqqallı kişinin çiynində avtomat təsvir olunub. Digər fotoda isə, bir oxşar görünüşlü, üzü qırxılmış formada olan şəxsin yay maykasında və çiyninə çanta asdığını görürük. Altdakı yazıda isə fotonun “Makedoniya sərhəd”dində çəkildiyi bildirilir.
 
"Bu oğlanı tanıyırsınız? Keçən il İD-ə şəkil çəkdirib, indi isə o "qaçqın" olub", alt yazıda deyilir. "Biz hərif deyilik!", yazı əlavə edib.
 
Son günlərdə yalnız bir Facebook hesabında bu şəkil 70,000 dəfədən çox paylaşılıb. Bu həmçinin Twitter səhifələrində də yayılıb və bir neçə min insan buna şərh yazıb. İslam Dövləti döyüşçülərinin Avropadakı cari miqrant böhranı zamanı baş verən xaosdan istifadə etmək ehtimalı, Avropa İttifaqı rəsmiləri və digərləri tərəfindən irəli sürülüb. İD-ə çalışan şəxslər çox vaxt lovğalanırlar ki, onlar Aralıq dənizi sahilinə müxtəlif qaçaqmalçılıq yolları vasitəsilə döyüşçülər göndərir. Lakin bu cür iddiaların düzgünlüyünü yoxlamaq çox çətindir.
 
Sığınacaq axtaran şəxslər arasında döyüşçüləri varsa belə, fotoda gördüyünüz şəxs onlardan biri deyil. Faktiki olaraq, bir sığınacaq axtaran şəxslə müqayisədə, onun şəxsiyyəti çox dərindən araşdırılıb. Onun adı Laith Al Salehdir və ötən ay o Associated Press xəbər agentliyi tərəfindən şəxsiyyəti araşdırılıb. O, Azad Suriya Ordusunun komandiri olub və vətəndaş müharibəsindən əvvəl o, yaşadığı Hələb şəhərində suvaqçı kimi çalışmışdır.
 
"Şəhərin 70 faizi məhv edilib. Suriyada Əl-Qaidə, İslam Dövləti və hökumət məni axtarırdı, mən onların hamısına qarşı mübarizə aparırdım. Mənim vecimə deyildi. Bəzi insanlar qorxurdu, amma mən yox", o, xəbər agentliyinə deyib.
 
AP onunla bağlı xəbəri çap etdirdikdən sonra, onun yanaşı qoyulmuş iki şəkli, The Atlantic internet səhifəsi tərəfindən montaj edilmişdir. Bu səhifədə isə Saleh “Suriyalı üsyançıların keçmiş komandiri” kimi verilib. Onun şəkilləri Twitter və Facebook səhifələrində yayılmış və şəklin altında isə Salehin Suriyada döyüşdüyü barədə informasiya bilərəkdən təhrif edilmişdir.
 
İnternet səhifələrində şəklin müzakirəsi zamanı Avropaya gələn miqrant axını ilə necə mübarizə aparmağın yolları barədə çoxlu fikir ayrılığı yaranıb. Son günlərdə, üç yaşlı Alan Kurdinin cəsədi əks olunmuş şəkillərin yayılmasından sonra, ictimai rəy kəskinləşdi və Britaniya və digər Avropa ölkələri bundan sonra daha çox Suriyalı qaçqın qəbul edəcəklərini vəd edib. Eyni zamanda, Səudiyyə Ərəbistanı və Küveyt kimi Körfəz dövlətlərinin qaçqın qəbul etməməsi tənqid olunur .
 
"Sizin qoyduğunuz bu şəkildə əvvəllər İŞİD-in tərkibində mübarizə aparmış üsyançı döyüşçü əks olunub. Lakin, cəsur insanlara qarşı düşünülmədən edilən təhqirə, faktlar niyə mane olur”, internet istifadəçilərdən biri yazır. Digəri isə yazır: “Bu şəxsin İD üzvü olub-olmamasına baxmayaraq, tam əminliklə deyə bilərəm ki, orada yüzlərə, minlərlə islamçı ekstremist saxta qaçqınlar arasında Avropaya asan yol tapa biləcək”.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.