Sarkozi Rusiya ilə soyuq müharibəni ciddi səhv adlandırıb
10 sentyabr, 2015 12:42
Bu barədə sabiq prezident Fransanın Le Figaro qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Suriya böhranı və İŞİD-lə mübarizəni həll etmək üçün lazımdır:
“Rusiya ilə soyuq müharibə səhifəsini çevirmək lazımdır, amma bu, Donetsk baş verənlərlə razılaşmaq, onları qəbul etmək demək deyil. Moskva Suriya böhranının tənzimlənməsində və İŞİD-lə mübarizədə dünya birliyinə kömək etmək istəyini göstərməlidir”.
Sarkozi hesab edir ki, Rusiya “ G8”ə qayıtmalıdır, ət tədarükünə dair embarqonu aradan qaldırmaq lazımdır. Eyni zamanda Rusiya və Avropa arasında yeni dialoqa başlamaq vacibdir ki, bu da hər iki tərəfin maraqlarına uyğundur.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı