Xəbərlər

Nazir müavini: "Azərbaycana gələn turistlər ölkədə 1,3 milyard manat vəsait xərcləyiblər"
09 sentyabr, 2015 12:31
N.Səmədov bildirib ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1 milyona yaxın turist gəlib: "Bu da ötən illə müqayisədə 10 faizə yaxın azalma deməkdir".
 
Onun sözlərinə görə, azalma daha çox iki ölkə - Rusiya və Gürcüstandan gələn turistlərin sayının azalması ilə bağlıdır: "Digər istiqamətlər, yəni Fars körfəzi ölkələri, Avropa ölkələri, hətta Afrika, Avstraliya istiqamətlərindən artım var".
 
N.Səmədov qeyd edib ki, bu il 4 ölkə Azərbaycana daha çox turist göndərib:
 
"Bunlar Rusiya, Türkiyə, Gürcüstan və İrandır. Azərbaycana gələn turistlərin sayı daha çox bu ölkələrdən asılıdır. Bu ölkələrdən gələnlər Azərbaycana gələn turistlərin sayının 95 faizini təşkil edir. Təbii ki, bu ölkələrdə olan proseslər Azərbaycana turist axınına təsir edir. Rusiyada hazırda iqtisadı böhrandır ki, bu da alıcılıq qabiliyyətinə və turist axınına böyük təsir edir. Buna görə də biz bu azalmaya hazır idik".
 
Nazir müavini deyib ki, bu böhranın nəticəsi olaraq, bu il Azərbaycana Rusiyadan təxminən 87 min turist az gəlib.
 
O həmçinin bildirib ki, 2005-2015-ci illərdə Azərbaycana gələn turistlər ölkədə 1,3 milyard manat vəsait xərcləyiblər.
 
Nazir müavini qeyd edib ki, bu müddətdə ölkəyə gələn turistlərin sayı 1,1 milyondan 2,3 milyona qədər artıb: "Hotellərin sayı 262-dən 535-ə, turizm müəssisələrinin sayı isə 197-dən 286-ya çatıb. Hazırda turizm sektorunda 42 min işçi calışır".
 
N.Səmədov deyib ki, hazırda turizmin Ümumi Daxili Məhsulda payı 4,1 faizdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.