“Qarabağ” və “Qəbələ”nin avroliqadakı ev oyunlarının başlanma saatı dəyişib
08 sentyabr, 2015 14:37
“Qəbələ” üçüncü tur çərçivəsində oktyabrın 22-də Almaniyanın “Borussiya” (Dortmund), “Qarabağ” isə noyabrın 5-də dördüncü turda Fransanın “Monako” komandasını saat 20:00-da qəbul edəcək.
“Qəbələ”nin ilk və sonuncu turlarda Yunanıstanın PAOK və Rusiyanın “Krasnodar” klubları, “Qarabağ”ın isə ikinci və beşinci turlarda İngiltərənin “Tottenhem” və Belçikanın “Anderlext” kollektivlərinə qarşı ev oyunları saat 22:00-da başlanacaq.