Xəbərlər

Dərman bazarında "zəlzələ": Prezidentin göstərişi və qiymət siyasəti
08 sentyabr, 2015 14:36
Belə ki, Tarif Şurasının iclasında sentyabrın 15-dən etibarən 1057 adda dərmanın satışının yeni tariflərlə həyata keçirilməsinə qərar verilsə də, artıq bir çox şirkətlər dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qərarın icra vaxtını gözləmədən ucuz qiymətlərlə dərmanlarını satışa buraxıblar.
 
Qeyd edək ki, dərmanların qiymətinin yüksək olması məsələsi iyulun 13-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı yenidən gündəmə gəlmişdi. Dövlət başçısı bu məsələ ilə bağlı xüsusi irad və tapşırıqlarını bildirmişdi:
 
“Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürür”.
 
Elə həmin iclasdsa dövlət başçısı dərmanlarla bağlı digər bir problemə də toxunmuşdu ki, bu da həkimlərin məsuliyyətsizlik məsələsi idi. 
 
Prezident qeyd edib ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir.
 
“Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır”.
 
Yeri gəlmişkən, qeyd edək ki, ötən ilin dekabrında “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Bu ilin mart ayında isə dövlət başçısının fərmanı ilə hökumətə və Tarif  (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılıb.
 
Səhiyyə Nazirliyindən Gün.Az-a verilən məlumata əsasən, 801 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib.
 
Daha əvvəl 256 dərman vasitəsinin qiyməti aşağı salınmışdısa, bu siyahıya daha 801-i əlavə olunub:
 
“Tarif  (qiymət) Şuranın 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə elan olunmuş  25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə  46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti  3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
 
Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib.
 
Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
 
Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir.  Şuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.
 
Milli Məclisin deputatı Tahir Rzayev Gün.Az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı tapşırığı çox tədqirəlayiq addımdır:
 
“Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox vacib məsələdir. Çox zaman dərmanların qiymətləri müəyyən işbazlar tərəfindən artırılırdı ki, bu da əhalinin haqlı narazılığına səbəb olurdu. Bir çoxlarının bu dərmanlara ehtiyacı var və ona görə də dərmanların qiymətinin normal olması çox vacib şərtlərdən biridir. İşbazlar isə dərmanların qiymətlərini özləri bildikləri kimi təyin edirdilər”.
 
T.Rzayev vurğulayıb ki, dərmanın qiyməti hər əczaxanada fərqli qiymətə satılırdı:
 
“Ona görə də bu qiymətlərin sabitləşdirilməsi və eyniləşdirilməsi çox düzgün bir addımdır və cənab prezident tərəfindən əhaliyə göstərilən qayğının, diqqətin bir nümunəsidir. Əhali də bu addımı yüksək qiymətləndirir”.
 
Millət vəkili bildirib ki, bu addım eyni zamanda müəyyən mənada əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək:
 
“İnsanlar dərman vasitələrinə əvvəlkindən daha az vəsait xərcləyəcək və yerdə qalan pulu digər ehtiyaclarının təmin edilməsinə yönəldəcək”.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.