Abid Şərifov: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir”
08 sentyabr, 2015 14:34
Bunu sentyabrın 8-də Bakıda keçirilən Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransındakı çıxış edən Baş nazirin müavini Abid Şərifov deyib.
O qeyd edib ki, gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır.
A.Şərifov bildirib ki, hər bir cəmiyyətin inkişafının təməlində təhsil durur. Onun sözlərinə görə, gömrük xidmətinin potensialının artırılması və təminatın təhlükəsizliyi və qabaqcıllığı müvafiq islahatların həyata keçirilməsini tələb edir.
A.Şərifov deyib ki, tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.