Xəbərlər

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub
07 sentyabr, 2015 17:52

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata əsasən, dövlətimizin başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə Respublikasının Prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. 

Prezident İlham Əliyev bu dəhşətli terror aktının törədilməsinin Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bildirib. 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.