Xəbərlər

Zəlzələ üzrə baş mütəxəssis: “Şəki zonasında 7 bal və yuxarı gücdə zəlzələ baş verməsi ehtimalı sıfıra bərabərdir”
07 sentyabr, 2015 17:49

Gün.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoruQurban Yetirmişli mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Q.Yetirmişli sentyabrın 4-ü Şəkidə baş verən zəlzələnin güclü olduğunu bildirərək, prosesin ocaqda birdən-birdə sönməyəcəyini söyləyib:

“16 km dərinliklə sol tərəfli yerdəyişmə, qırılıb qalxma baş verib. Böyük sıxılma nəticəsində yerdəyişmə olub. Bu zəlzələdən sonra 50-dən çox təkan baş verib. Ancaq həmin zonada 7 bal və yuxarı gücdə zəlzələ baş verməsi ehtimalı sıfıra bərabərdir. Orada güclü enerji ayrılması artıq baş verib. Əhali qorxmasın”.

RSXM direktoru bununla belə, həmin zəlzələnin digər zəlzələ ocaqlarını oyatmaq ehtimalının olduğunu deyib. O bildirib ki, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır və ən çox təkanlar da bu zonada olur:

“Bu zona yüksək aktivliyə malikdir. Bu zonada tarixən faciəli zəlzələlər olub. Ancaq bu sahədə dəqiq proqnoz vermək mümkün deyil, əhalini də yersiz təlaşa salmağa ehtiyac yoxdur”.

Bakıda da güclü zəlzələ ocaqlarının olduğunu deyən Qurban Yetirmişli sözlərinə əlavə edib ki, paytaxtda 8-9 ballıq ərazilər var. Amma yeraltı təkanlarla bağlı qısamüddətli proqnozlar vermək mümkün deyil.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.