Rəcəb Tayyib Ərdoğan: “Terrora qarşı mübarizə daha qətiyyətlə davam etdiriləcək”
07 sentyabr, 2015 17:48
“Radikal” qəzetinə istinadən xəbər verir ki, R.T.Ərdoğan “Prezidentlə gündəm” proqramında Dağlıcada törədilən və 15 hərbçinin həlak olması ilə nəticələnən terror aktına münasibətini bildirib.
Türkiyə prezidenti törədilən teraktdan üzüldüyünü deyərək, ölkəsinin terrora qarşı mübarizəni daha qətiyyətlə davam etdirəcəyini bildirib:
“Hadisə Dağlıcada aparılan təmizlik zamanı minaların ardıcıl partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin bu barədə verdiyi izahat həqiqətən, çox üzücüdür.
Terrora qarşı mübarizə daha fərqli və daha qətiyyətlə davam etdiriləcək. Millətimizin başı sağ olsun, Allah səbir versin”.
Qeyd edək ki, PKK-nın Türkiyənin Hakkari vilayətinin Yüksekova qəsəbəsi yaxınlığındakı Dağlıca bölgəsinde ötən gün törətdiyi terror aksiyası nəticəsində 15 əsgər şəhid olub