Protezini bəyənmədi, diş həkimini girov götürdü
07 sentyabr, 2015 17:48
“Posta” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Doğubayazıt qəsəbəsində İran əsilli şəxs diş protezini keyfiyyətli düzəltmədiyinə görə həkimi cəzalandırmaq üçün qeyri-adi variant seçib.
Məlumata görə, adı açıqlanmayan iranlı stomatoloqun kabinetinə silahla basqn edib və həkimi girov götürüb.
Daha sonra pəncərələri qıraraq eyvana çıxan pasient tapançadan havaya atəş açıb. O, hadisə yerinə gələn polislərin təslim olmaq çağırışını da rədd edib.
Bundan sonra əraziyə gələn Türkiyə parlamentinin Ağrıdan seçilmiş deputatı Berdan Öztürk (HDP) basqınçı ilə danışaraq onu təslim olmağa razı salıb.
Diş həkimini və onu girov götürən pasienti bölməyə aparan polislər işi araşdırmağa başlayıblar.