ADA Universiteti daha bir ilkə imza atıb
04 sentyabr, 2015 14:20
Burada diplom alan 144 tələbə sırasında Azərbaycandan gələn 21 tələbə də diplomlarını alıb.
Niderland Krallığının senatoru, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van Der Lindenin təşəbbüsü ilə ADA Universiteti ilə Maastrixt Menecment Məktbinin birgə təsis etdiyi Executive MBA proqramı dörd il iş təcrübəsi olan peşəkarlar üçün yaradılıb. Məzunlar həm ADA Universiteti, həm də Masstrixt Menecment Məktəbinin diplomları ilə təltif edilirlər. Beynəxalq standartlara uyğun, müasir bilik və bacarıqlar verən bu tədris proqramı üzrə təhsil haqqının bir hissəsi “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” dövlət proqramı çərçivəsində maliyyələşdirilir.
Məzun günündə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev proqramın ilk məzunlarını təbrik edərək, Maastrixt Menecment Məktəbindəki tərəfdaşlara yüksək səviyyəli proqramın tərtibi və uğurla həyata keçiridikləri üçün minnətdarlığını bildirib.
Rektor qeyd edib ki, iqtisadiyyatı günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının zamanın tələblərinə cavab verən təhsil almış dinamik biznes idarəçiləri və liderlərinə eytiyac vardır. O, ilk məzunlara gələcək biznes fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb və onların həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğurlu olacaqlarına əminliyini bldirib.
Bu təbriklərə qoşulan Maastrixt Menecment Məktəbinin Qəyyumlar Şurasının sədri, senator Rene Van Der Linden məzunlar arasında ilk dəfə Azərbaycanla birgə proqramn məzunlarını görməkdən məmnunluğunu ifadə edib. Linden ADA Universiteti ilə mövcud uğurlu tərəfdaşlığı genişləndirərək gələcəkdə yeni birgə tədris proqramlarının yaradılacağına da ümidini bildirib.
H. Paşayev Avropaya işguzar səfəri çərçivəsində həmçinin bir sıra ali təhsil ocaqları, o cümlədən Aachen Texnologiya Universiteti, Masstrxt Universiteti, Belçikanın Limburq bölgəsinin qubernatoru Herman Reynders, aparıcı Holland şirkətlərinin nümayəndələri ilə görüşərək ADA Universiteti ilə yeni tərəfdaşlıq münasibətlərinin qurulmasını müzakirə edib.