Rəisinə cinsiyyət orqanının şəklini göndərdi, işsiz qaldı
04 sentyabr, 2015 14:19
“Vatan” qəzetinə istinadən xəbər verir ki, ABŞ İllinoys ştatında yaşayan 23 yaşlı şəxs müraciət etdiyi şirkətdə işə qəbul edilsə də, gənc yeni işinə başlamağa imkan tapmayıb.
Məlumata görə, işə qəbul olunduğu üçün çox sevinən gənc bu uğurunu özünəməxsus tərzdə “qeyd etmək” fikrinə düşüb.
Bu məqsədlə cinsiyyət orqanını şəklini tanışına göndərmək istəyən gənc özünü “yandırıb”.
Az sonra məlum olub ki, gənc öz cinsiyyət orqanının şəklini tanışına deyil, səhvən yeni işə düzəldiyi şirkətin kadrlar şöbəsinin xanım rəisinə göndərib.
Rəis bunun bir yanlışlıq olduğunu düşünərək, aldığı mesaja reaksiya verməyib. Lakin gənc cavab almadığını görüb, cinsiyyət orqanının şəklini yenidən həmin nömrəyə göndərib.
Bundan sonra o nömrəyə zəng edən yeni işçi şəkillərini kimə göndərdiyini öyrənəndə şoka düşüb.
Üzləşdiyi tərbiyəsizliyə görə gənci məhkəməyə verən qadın bunun bir yanlışlıq olduğunu öyrəndikdə şikayətini geri götürüb.
Eyni zamanda, gənc də yeni götürüldüyü işini itirib.