Azərbaycanın dövlət başçısı San-Marinonun Kapitan-Regentlərini təbrik edib
03 sentyabr, 2015 14:59
AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"San-Marinonun milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".