Xəbərlər

Bakıda “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
03 sentyabr, 2015 14:57

Bununla bağlı teatr kollektivi qarşısında çıxış edən sənət ocağının direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidentiRəşad Əhmədzadə ətraflı məlumat verib.

O, yeni mövsümdə hər kəsə yaradıcılıq uğurları, yeni tamaşaların sevincini arzulayıb, qarşıdakı gərgin iş planını açıqlayıb.

Direktor noyabrın 15-dən 20-dək Bakıda keçiriləcək “Cırtdan” III  Beynəlxalq Kukla Teatrları Festivalı barədə də məlumat verib. O, bildirib ki, dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi festivalın təntənəli açılışı üçün hazırlıq işlərinə artıq başlanılıb:

“Dünyanın kukla teatrı mütəxəssislərinin diqqət mərkəzində olan bu teatr bayramının rəngarəng proqramı var. Düşünürəm ki, öncəki iki festivalda olduğu kimi Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar.  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. Rəngarən açılış proqramı ilə yanaşı, sırf festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik”.

Mövsümə sentyabrın 18-də  - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur “O olmasın, bu olsun” tamaşası ilə (saat 14, 16, 18.00) start veriləcəyini deyən direktor ilin sonunadək təhvil veriləcək tamaşalar barədə də ətraflı məlumat verib:

“Bu ilin sonunadək iki tamaşanı təhvil verməyi düşünürük. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi “Qırmızıpapaq” və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı “Bədheybət və gözəl tamaşalarıdır”.

Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda “Şair ayı” tamaşasını da iş planında olduğunu bildirən direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.