Bakıda zibilin içindən 10 növ silah-sursat tapılıb
03 sentyabr, 2015 14:56
İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya“Təmiz Şəhər” ASC-in əməkdaşları tərəfindən polisə təhvil verilib.
Avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələri aşağıdakılardır:
1) 2 ədəd F1 əl qumbarasının korpusu
2) 2 ədəd F1 əl qumbarasının alışqanı
3) 1 ədəd pnevmatik tapanca
4) 1 ədəd “Valtro” tapancası
5) 2 ədəd avtomat darağı
6) 1 ədəd patrondaş sepi
7) 162 ədəd 7.62 mm çaplı patron
8) 13 ədəd 5.45 mm çaplı patron
9) 1 ədəd 14.5 mm çaplı patron
10) 10 ədəd tapanca patronu
Bakı şəhərindən toplanmış tullantılar gün ərzində “Təmiz Şəhər” ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur.
Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyatı üzrə təhvil verirlər.