Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin qoşunları Yəmənə daxil olublar
03 sentyabr, 2015 14:54
RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, bu barədə danışan Yəmənin xarici işlər naziri Riyad Yasin bildirib ki, ölkə ərazisinə Səudiyyə Ərəbistan ordusu ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin qoşunları da yeridilib.
O bəyan edib ki, çox tezliklə Yəmənin yeni azadlıq bayramı, husilərdən azad olunmasını qeyd ediləcək.