Xəbərlər

“Kanaltürk”ün keçmiş sahibi fətullahçılardan kanalını geri istəyir
02 sentyabr, 2015 15:40
“Yeni Müsavat” qəzetinə istinadən xəbər verir ki, Özkan kanalının ondan zorla alındığını, məhkəmə yolu ilə hüquqlarını bərpa etmək istədiyini deyib:
 
“Mən ağlayanın malının Gülənə xeyir verməyəcəyini demişdim.
 
Bundan 7 il öncə kanalı geri almaq üçün 36 dava açmışdım. Hələ davam edən məhkəmələrimiz var. Müqavilənin ləğv edilməsi və kanalın yenidən mənə verilməsi üçün qaldırdığımız iddialar üzrə məhkəmələrimiz davam edir. Kanaltürk bizimdir. Onu bizim əlimizdən zorla alıblar”.
 
Odatv.com-a bu haqda açıqlama verən Tuncay Özkan deyib ki, kanalın geri alınması üçün bütün qanuni vasitələrdən istifadə edəcək:
 
“Kanaltürkü bizdən qanunla yox, siyasi iradənin gücü ilə alıblar.
 
Geri alınmanı çətinləşdirmək üçün 6 ildə kanal 11 dəfə əl dəyişib. Haqq və ədalət varsa, kanalımız bizə geri verilməlidir”.
 
Yada salaq ki, “Ergenekon” istintaqı zamanı həbs edilən və 5 il həbsdə qalan qəzetçi Tuncay Özkan 2015-ci ilin martında azadlığa çıxıb. Digər Ergenekon “suçluları” kimi onun haqqında da həbs qərarını bir müddət öncə Türkiyədən Ermənistana qaçan, sonra isə Almaniyaya sığınan prokuror Zekeriyya Öz çıxarıb.
 
Kanaltürkün qurucularından və kanalın keçmiş xəbər müdiri Adnan Bulut isə məsələyə münasibətini Twitter üzərindən açıqlayıb:
 
“Kanaltürk və Eurotürkü dövlət imkanları ilə çıxmaza salıb, vergi və cərimələrlə boğub ələ keçirən F tipli çete indi qarşılığını ödəyir”.
 
Adnan Bulud kanalın ələ keçirilməsindən danışarkən deyib ki, öncə kanalın reklam almasını əngəlləyiblər:
 
“Mətbuat azadlığından dəm vuranlar 2008-ci ildə linç edilməmizə səssiz qaldılar. Fətullahçılar malımıza çökməklə kifayətlənmədilər, bizi Silivri həbsxanasına göndərdilər”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.