Xəbərlər

Parisdə güclü yanğın: ikisi uşaq olmaqla 8 nəfər öldü
02 sentyabr, 2015 15:39

"Cihan" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Parisin 18-ci bölgəsində baş verib.

Yerli vaxtla gecə 02:23-də bir binada yanğın başlayıb. Kağız qalıqlarından başlayan yanğın qısa zamanda söndürülüb. Lakin bu hadisədən 2 saat sonra – 04:30 radələrində isə daha güclü yanğın başlayıb.

Binanın girişində başlayan yanğın daha sonra yuxarı mərtəbələrə keçib. İnsanların yuxuda olduğu bir zamanda başlayan yanğın faciəyə səbəb olub. Hadisə zamanı 6 nəfər yanaraq ölüb. 2 nəfər isə təlaşla binadan tullanıb və yerindəcə ölüblər. Daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Daxili İşlər Nazirliyininin sözçüsü Henri Brandet yanğının bilərəkdən törədildiyi ehtimalı ətrafında araşdırmalar aparıldığını bildirib.

Xatırladaq ki, Parisdə daha öncə 2005-ci ildə bir oteldə güclü yanğın baş vermiş və 11-i uşaq olmaqla 24 nəfər ölmüşdü.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.