Silahlı Qüvvələrə Yardım Fonduna yığılan pul 66 milyon manatı keçdi
02 sentyabr, 2015 15:38
Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, fonda 1 sentyabr 2015-ci il tarixədək 66 milyon 526 min 420 AZN, 211 min 791 ABŞ dolları və 593 avro vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.