Xəbərlər

Akademik Milli Dram Teatrına yeni bədii rəhbər təyin edildi
01 sentyabr, 2015 15:50

 Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu gün nazir müavini Ədalət Vəliyev tərəfindən Azərpaşa Nemətov yeni vəzifəyə təyinatı münasibətilə teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edilib və teatrın yaradıcılıq fəaliyyətinin növbəti mərhələsində uğurlar arzulayıb.

Xatırladaq ki, A.Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində, yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. A.Nemətov 31 saylı orta məktəbdə təhsil alıb, uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub və məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləməyə başlayıb. 

Onun hazırladığı diplom işi "Qardaşım klarnet çalır" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində nümayiş etdirilib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərən A.Nemətov 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor (1983-1990) vəzifələrində çalışıb.

1990-cı ilin aprel ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayıb. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin böyük rəğbətini qazanıb.

A.Nemətov Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.