Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiqləndi
01 sentyabr, 2015 15:50
Musiqili Teatrın Bədii Şuranın üzvləri bu ilin sonuna qədər olan müddət üçün teatrın repertuar və iş planını təsdiqləyib.
Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfəyə yaxın nümayiş etdiriləcək. Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşası ilə baş tutacaq.
Dahi Üzeyir Hacıbəylinin bu ölməz sənət əsəri sentyabrın 10-da ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq. Çünki tamaşanı Bakıda Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının iştirakçıları izləyəcəklər.
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal və Fatma Mahmudova, Gültac Əlili, əməkdar artistlər Əkbər Əlizadə, Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Cingiz Əhmədovun iştirakı ilə “Toya bir gün qalmış” (Ə.Səmədli), “Qızıl toy” (O.Kazimi, R.Heydər), “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), “Ər və arvad” (Ü.Hacıbəyli), “www-ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov), “Kimdir müqəssir” (Ə.Haqverdiyev) və başqa tamaşaları izləyə biləcəklər.
Habelə, rus dilli və balaca tamaşaçılar üçün “Fransız sayağı qarnir” (M.Kamoletti), “Skapenin kələkləri” (J.B.Molyer), “Düyməcik” (H.K.Anderson), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və başqa səhnə əsərləri nümayiş olunacaq.
Bundan başqa, sentyabrın son günlərində SSRİ Xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” tamaşasının premyersı nəzərdə tutulur. Oktyabrda eyni zamanda teatrda məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu palnlaşdırılır.
Noyabr ayında isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda prezident İlham Əliyevin fəxri diplomu ilə təltif edilən Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keriləcək.
2016-cı il dekabrın 25-də isə Yeni İl şənliklərinə start veriləcək.