İŞİD daxilində çevriliş cəhdi -122 nəfər öldürülüb
01 sentyabr, 2015 15:48
Kürdistanın Demokrat partiyasının təmsilçisi Səid Mumazin “Əl-Sumariya” telekanalına bildirib ki, 18 səhra komandirinin də daxil olduğu qruplaşma İraqın şimalında Naynava əyalətində hakimiyyəti ələ keçirib Suriyanın Rakka şəhərinə tərəf hərəkətə keçmək istəyiblər.
Onların məqsədi Əl-Bağdadini devirmək olub.
Mumazinin dediyinə görə, onların planlarının üstü açılıb və 122 nəfər terrorçular tərəfindən Mosuldan cənubda olan köhnə zindanda qətlə yetiriliblər.
Onun bildirdiyinə görə, İŞİD daxilində parçalanma terrorçuların bir qisminin neftdən gələn gəlirlərin bölünməsi məsələsində narazı qalmaları olub.