Mişel Platini daha UEFA-nın prezidenti vəzifəsinə iddia etməyəcək
31 avqust, 2015 11:24
Monakoda Avropa futbol mövsümünün başlanmasına həsr edilmiş mətbuat konfransında bu barədə Platini özü bəyanat verib.
Platini “Reuters” agentliyinə müsahibəsində deyib: “Əgər FIFA-nın prezidenti vəzifəsinə seçkilərdə qalib gələ bilməsəm, mənim üçün UEFA-da indiki müddət sonuncu olacaq. Bəli, mənim qərarım belədir”.