“Qəbələ” Qriqorçukun keçmiş komandası ilə qarşılaşacaq
31 avqust, 2015 11:23
apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz fasilə müddətində baş məşqçi Roman Qriqorçukun vətəni Ukraynada təlim-məşq toplanışında olacaq.
Klubdan verilən məlumatda qeyd edilib ki, təlim-məşq toplanışı zamanı “Qəbələ” ilə Qriqorçukun keçmiş komandası Odessa “Çernomorets”ı arasında yoldaşlıq görüşü keçirmək planlaşdırılıb.
Matçın sentyabrın 6-da baş tutacağı bildirilir.