İlham Əliyev Biləsuvarda yol tikintisinin davam etidirilməsi üçün vəsait ayırıb
28 avqust, 2015 16:33
Azərtac-a istinadən verdiyi xəbərə əsasən, sərəncamda deyilir ki, on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılsın.