Hacı Nuran yeni videosunu yaydı
27 avqust, 2015 15:47
Hacı Nuran Röya ilə olan videosunu yayıb.
Hacı Nuran limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) əziyyət çəkir.
Bir müddət öncə tam müalicə olunaraq, vətənə dönən Hacı Nuran çox keçmədi ki, səhhətindən dolayı yenidən müalicəsini davam etdirməli oldu. Halbuki, almaniyalı həkimlər onun tamamilə sağaldığını bildimişdilər.
Hazırda ağır kimyaterapiya müalicələri keçən aparıcıya transplantasiya ediləcək.
Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb.
Hacı Nuranın Röya ilə olan videosunu oxuculara təqdim edirik: