Xəbərlər

ABŞ-da jurnalistləri qətlə yetirən: “Bu rasizmə görə intiqam idi”
27 avqust, 2015 15:46

Rusiya mətbuatına istinadən xəbər verir ki, WDBJ7 telekanalının iki jurnalistini birbaşa efirə qoşulan zaman qətlə yetirən Flenaqan hadisədən iki saat sonra ABC News-a 23 səhifəlik faks göndərib. 

O qeyd edib ki, onun səbr kasasında son damla iyunun 17-də Çarlston kilsəsinə gələn qaradərililərin güllələnməsi olub. 

Bundan başqa Flenaqan bildirib ki, iş yerində o daim irqi və cinsi ayrıseçkiliyə, haqsızlıqlara rast gəlib. Onun sözlərinə görə, onu həm qaradərili kişilər, həm də ağdərili qadınlar sıxışdırıblar. Ona qarşı hücumlar təkcə dərisinin rənginə görə yox, həmçinin də cinsi azlığa məxsus olduğu üçün olub. 

Flenaqan əvvəllər WDBJ7 telekanalında işləyib. İki il əvvəl iş yerini tərk edib və telekanalın prezidenti Ceff Marks bildirib ki, buna səbəb “gərgin münasibətlər” olub. 

Flenaqan 2000-ci ildə WDBJ7 telekanalını prodüsserin onu “meymun” adlandırmasından sonra məhkəməyə verib. 

“Kilsədə atışma səbr kasamda son damla oldu, amma qəzəbim uzun müddət var idi”, Flenaqan yazıb. 

Xatırladaq ki, WDBJ7 telekanalının jurnalistləri Elison Parker və Adam Uord canlı yayımda müsahibə götürərkən Flenaqan tərəfindən güllələniblər. 

Sonradan Flenaqan Tvitterdə hadisənin baş vermə anlarının videosunu paylaşıb. 

Flenaqan özü, polislər tərəfindən saxlanılarkən intihar edib. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.