“Kapital Bank”ın müştərilərinə kredit borclarını ödəmək daha da asanlaşıb
27 avqust, 2015 15:44
Bankdan bildirilib ki, “Kapital Bank” “EPUL”, “Kassam.az” portallarına və “eManat” ödəniş sisteminə qoşulmaqla kreditlərin ödəmə üsullarını genişləndirib.
Hazırda “Kapital Bank”ın müştəriləri nağd pul kreditləri, təcili kredit xətti və “Kapitalkart” taksit kartı üzrə olan borclarını daha da rahat və çevik şəkildə ödəyə biləcəklər.
“EPUL”, “Kassam.az” və “eManat” terminalları vasitəsilə ödəniş edərkən, məbləğindən asılı olmayaraq müştərilərdən komissiya haqqı tutulmayacaq.