Xəbərlər

“Nağara 2015” festivalı çərçivəsində ustad dərsləri keçirilib
26 avqust, 2015 15:23

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məhşur ritm ifaçıları iştirak edir.

Bildirək ki, festival çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində “Natiq ritm” qrupunun rəhbəri, əməkdar artist Natiq Şirinov musiqisevərlərə nağara alətindən ustad dərsi keçib.

Əvvəlcə tamaşaçılara qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, qrup 2001-ci ildə yaradılıb.

“Natiq ritm” qrupu indiyədək dünyanın bir sıra ölkələrində keçirilən festival və tədbirlərdə, konsertlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.

Ustad dərsində Natiq Şirinov musiqisevərlərə Azərbaycanın qədim zərb alətlərindən olan nağaranın yaranma tarixindən danışıb. Bildirilib ki, araşdırmalara görə, ilk nağara eramızdan 40 min əvvəl yaranıb. İlk vaxtlar nağara saxsıdan hazırlanırmış. Sonralar təkmilləşdirilərək indiki formasını alıb.

Sonra Natiq Şirinov nağarada etdiyi yeniliklər, milli ritmlərimiz barədə məlumat verib, qrupun digər üzvlərinin müşayiəti ilə müxtəlif ritmlər ifa edib, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.